Çadra İtaliyada da qadağan olunur

Çadra İtaliyada da qadağan olunur

3 Avqust 2011 11:52
1 012
Bəyəndim (0) Bəyənmədim (0)

"Guardian"nın verdiyi xəbərə görə, İtaliyada da çadranın ictimai yerlərdə geyilməsini qadağan edən qanun layihəsi hazırlanıb. Ölkənin qanunverici orqanı layihəni yay tətilindən sonra nəzərdən keçirəcək. Qeyd edək ki, müvafiq qaydalar artıq Fransa, Belçika və İspaniyanın bir sıra regionlarında tətbiq edilir. Bu ölkələrdə çadralı və ya üzübağlı olan qadınlar 300 avro həcmində cərimə olunurlar. Lakin qadının çadra geyinməsinə məcbur edilməsi faktı aşkar edilərsə, bu halda həmin şəxslər 30 min avro cərimə ödəməli və ya 1 il həbs cəzası çəkməlidir.

Geyinənləri yox, soyunanları cərimə etmək lazımdır.

Tofiq Əliyev

O.M.