Ağır yol qəzasında 2 nəfər öldü

Ağır yol qəzasında 2 nəfər öldü

3 Avqust 2011 11:26
Bəyəndim (0) Bəyənmədim (0)

Paytaxtda ağır yol qəzası baş verib. Hadisə Nobel prospektində qeydə alınıb. Bakı şəhər sakini Amil Vəliyevin idarə etdiyi "VAZ-2107" markalı avtomobil yolun əks istiqaməti ilə hərəkət edən Teymur Nağıyevin idarə etdiyi "Chevrolet" markalı maşınla toqquşub. Nəticədə hər iki sürücü aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Hadisə zamanı bir nəfər sərnişin xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.

Yollarda ehtiyatlı olmaq lazımdır. Əks halda bu yol başqa istiqamətə apara bilər.

Tofiq Əliyev

O.M.