Rusiya prezidenti və baş nazirinin 2010-cu il gəlirləri açıqlanıb

Rusiya prezidenti və baş nazirinin 2010-cu il gəlirləri açıqlanıb

11 Aprel 2011 15:30
Bəyəndim (0) Bəyənmədim (0)
Bişmiş toyuğun gülməyi gəlir

Prezident Dmitri Medvedev 3,3 milyon rubl, yəni təxminən 115 min dollar gəlir əldə edib. Prezidentin mülkiyyəti də göstərilib, xanımı ilə birlikdə dövlət başçısı Rusiyada 367 kvadrat metrlik mənzilə malikdir. Dmitri Medvedev Rusiyada banklarda 14 hesabda təxminən 5 milyon rubl, yəni 175 min dollar saxlayır. Prezident ailəsində 2 avtomobil var: 1948-ci ilin "Pobeda" avtomobili və 1999-cu ildə istehsal olunmuş "Folksvaqen qolf". Vladimir Putin prezidentdən təxminən 50 faiz artıq pul qazanıb. Onun gəlirləri təxminən 175 min dollar təşkil edib. Baş nazir mülkiyyətində 1 torpaq sahəsi, 1 mənzil və 1 qaraj göstərib. Vladimir Putinin xanımı ötən il ərzində 146 min rubl, yəni təxminən 5 min dollar qazanc əldə edib.

Əlbəttə ki, bu, rəsmi göstəricilərdir. Əslində, təqdim olunan rəqəm onlara məxsus deyil, qulluqçularının köməkçilərinin müavinlərinə məxsusdur. Bunu isə rəsmi mənbələr yazmağı unudub...

Hafiz Əhmədov

O.M.