Ən hündür qülləni Bin Laden ailəsinin holdinqi tikəcək

Ən hündür qülləni Bin Laden ailəsinin holdinqi tikəcək

2 Avqust 2011 19:41
Bəyəndim (0) Bəyənmədim (0)

Səudiyyə şahzadəsi, "əl-Məmləkət əl-Kəbirə" şirkətinin rəhbəri əl-Valid bin Təyal Bin Laden ailəsinin holdinqi ilə dünyanın ən hündür qülləsinin tikintisi barədə saziş imzalayıb. Hündürlüyü 1 km, sahəsi 500 kv. metr olan qüllənin dəyəri 4,6 mlrd. rial (1,2 mlrd. dollar) olacaq. Qüllə Qırmızı dənizin sahilində - Ciddə şəhərində nəhəng "Krallıq şəhər" layihəsi çərçivəsində tikiləcək. Arxitektorların planına əsasən, göydələndə hotel, elit apartamentlər, eləcə də dünyanın aparıcı şirkətlərinin ofisləri yerləşəcək. Layihənin dəyəri infrastrukturla birlikdə 100 mlrd. rial (26,7 mlrd. dollar) təşkil edəcək. Qeyd edək ki, hazırda dünyanın ən hündür qülləsi Dubaydakı "Burc əl-Xəlifə"dir - 828 metr.

Bin Ladenin özü dağıtmaq, məhv etməklə məşğul olsa da, şirkəti qurub yaradacaq.

Tofiq Əliyev

O.M.