Qubada taxıl sahələrində yanğın baş verib

Qubada taxıl sahələrində yanğın baş verib

2 Avqust 2011 17:40
Bəyəndim (0) Bəyənmədim (0)

Quba rayonunun Digah və Alpan kəndləri ərazisində 50 hektardan çox ərazidə yanğın baş verib. Yanğın baş verən əraziyə Quba və ətraf rayonların yanğınsöndürən briqadaları cəlb olunub. Lakin havanın isti olması yanğınsöndürənlərin işinə ciddi maneçilik törədir. Hazırda davam edən yanğın daha geniş ərazini əhatə etməkdədir. Yanğının hansı səbəbdən baş verdiyi məlum deyil.

Od olan yerdən tüstü çıxdı.

Tofiq Əliyev

O.M.