Binada baş verən yanğında 3 uşaq ölüb

Binada baş verən yanğında 3 uşaq ölüb

2 Avqust 2011 13:07
Bəyəndim (0) Bəyənmədim (0)

Qazaxıstanda çoxmənzilli yaşayış evində güclü yanğın baş verib. Kandıaqaş şəhərində baş vermiş yanğın nəticəsində üç uşaq ölüb. Ümumilikdə hadisə baş verən binadan 55 nəfər, o cümlədən 25 uşaq təxliyə olunub. Dörd nəfər yanıq və dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanalara yerləşdirilib. Alovun söndürülməsinə 24 yanğınsöndürmə briqadası və xilasedicilər, altı xüsusi texnika cəlb olunub.

Qəza yaşa baxmır. Buna görə də uşaqları təhlükədən qorumaq lazımdır.

Tofiq Əliyev

O.M.