Bakıda azyaşlını cərəyan öldürdü

Bakıda azyaşlını cərəyan öldürdü

2 Avqust 2011 12:36
Bəyəndim (0) Bəyənmədim (0)

Bakının Xətai rayonunda azyaşlı uşaq faciəli şəkildə ölüb. Rayon Prokurorluğundan verilən məlumata görə, Kənd Əhmədlidə 7-ci Əhmədli ev 33-də yaşayan 5 yaşlı Qurbanəli Əlizadə yaşadığı evin həyətində ölmüş vəziyyətdə tapılıb. Azyaşlının meyitini atası aşkarlayıb. Oğlunu Su-tikinti Xəstəxanasına aparsa da, həkimlərin uşağın öldüyünü təsdiqləməkdən başqa yolları qalmayıb. Atasının həkimlərə bildirdiyinə görə, Q.Əlizadəni həyətdə elektrik cərəyanı vurub. Faktla bağlı araşdırma aparılır.

Uşaqlarınızı nəzarətsiz qoymayın. Təhlükə onları nəzarət altına ala bilər...

Günel Həbib

O.M.