Dünyanın ən kiçik evinin ilk qonağı kim olacaq?

Dünyanın ən kiçik evinin ilk qonağı kim olacaq?

2 Avqust 2011 12:11
Bəyəndim (0) Bəyənmədim (0)

2009-cu ildə Yaqub Szçezni Varşavada iki bina arasında bir ev layihəsi hazırladı. "Klodna 22" və "Zelazna 74" binaları arasında inşa edilən "imkansız evin" çöldən genişliyi 152 sm-dir. İç genişliyi isə 72-133 sm arasında dəyişir. Ev ümumilikdə 14.5 kv metrdir. Xəbərə görə, içərisi sənət adamları üçün dizayn edilən bu ev önümüzdəki aylarda ata və anasının tanışdığı Varşavada bir müddət yaşamaq istəyən israilli yazar Edqar Kereti qarşılayacaq. Açılışı Edqarla ediləcək ev daha sonra başqa sənətçilərə də ev sahibliyi edəcək. Standartlardan xeyli aşağı olan bu proyekt sənət əsəri kimi göstərilir.

Deməli, mənim evim də mikroskopik ölçülərinə görə sənət əsəri sayıla bilər...

Günel Həbib

O.M.