Bu günə olan hava durumu

Bu günə olan hava durumu

2 Avqust 2011 10:59
Bəyəndim (0) Bəyənmədim (0)

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava günəşli keçəcək. Bakıda gecə 26-28°, gündüz 39-41° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 754 millimetr civə sütununa bərabər, nisbi rütubət səhər və axşam 55-65 faiz, gündüz 25-35 faiz olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 29-30° isti təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında hava günəşli keçəcək. Temperatur gecə 21-26° isti, gündüz 39-42° , bəzi yerlərdə 44° isti olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy rayonlarında hava yağmursuz keçəcək. Temperatur gecə 19-24° isti, gündüz 34-38° isti olacaq.
Qazax-Gəncə, Goranboy, Tərtər - Ağdam - Ağcabədi - Füzuli-Cəbrayıl rayonlarında hava günəşli keçəcək. Temperatur gecə 23-28° isti, gündüz 36-41° isti təşkil edəcək.
Balakən - Zaqatala - Qax - Şəki - Oğuz - Qəbələ, İsmayıllı - Şamaxı - Ağsu -Xızı, Siyəzən - Şabran, Quba - Qusar-Xaçmaz rayonlarında hava yağmursuz keçəcək. Temperatur gecə 20-25° isti, gündüz 35-40° isti olacaq.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava günəşli keçəcək. Temperatur gecə 24-29° isti, gündüz 39-42°, bəzi yerlərdə 44° isti təşkil edəcək.
Masallı - Lənkəran - Astara-Lerik və Yardımlı rayonlarında hava günəşli keçəcək.
Temperatur gecə 23-28° isti, gündüz 38-41° isti, dağlarda gecə 20-24° isti, gündüz 34-38° isti olacaq.
Tibbi meteoroloji proqnoz: yaxın 2 gün ərzində Abşeron yarımadasında kəskin isti hava şəraiti ilə yanaşı atmosfer təzyiqinin normadan xeyli aşağı olması əhali üçün əlverişsizdir. Xüsusilə gündüz saatlarında açıq havada olmaq məsləhət deyil. Uzun sürən anomal isti hava şəraitindən sonra, avqustun 4-dən güclü xəzri küləyi ilə əlaqədar temperaturun tədricən aşağı enməsi əhalidə rahatlıq hissi yaradacaq.

Düzünü desəm, istirahət üçün ailəvi Nabrana getmişdik. Hamımızı günəş vurdu. Buna birtəhər dözmək olardı, çoxlu pulumuz getdi...

Günel Həbib

O.M.