«Azərikimya»da bədbəxt hadisə baş verib

«Azərikimya»da bədbəxt hadisə baş verib

1 Avqust 2011 17:18
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin "Azərikimya" İstehsalat Birliyində bədbəxt hadisə baş verib. ARDNŞ-dan APA-ya verilən məlumata görə, avqustun 1-də saat 13:30 radələrində "Azərikimya" İstehsalat Birliyinin Təmir-tikinti İdarəsinin 2 saylı mexaniki-quraşdırma sahəsinin elektrik qaynaqçısı, 1962-ci il təvəllüdlü Elyar Həsənov elektrik-qaynaq işi apararkən həlak olub. Hadisənin səbəbləri araşdırılır.

İş başında işə düşdü.

Tofiq Əliyev

O.M.