Rusiyada ötən gün anti-hökumət nümayişi keçirilib

Rusiyada ötən gün anti-hökumət nümayişi keçirilib

1 Avqust 2011 15:29
Bəyəndim (0) Bəyənmədim (0)

Ötən gün Moskvada keçirilən anti-hökumət nümayişində aksiya iştirakçıları birgə toplaşmaq və qarşıdan gələn seçkiləri boykot etmək hüququndan istifadə etməyə çağırıblar. Nümayiş əvvəlcə oturaq aksiya kimi başlayıb, lakin izdiham Kremlə doğru yürüş etməyə başladıqda polis müdaxilə edib. Onlarla adam həbs olunub. Onların arasında müxalif "Sol Cəbhə Hərəkatı"nın lideri Sergey Udaltsev də var. Analoji aksiya Sankt Peterburq şəhərində də keçirilib. Burada 50 aksiya iştirakçısının həbs olunduğu bildirilir.

Qeyd edək ki, Rusiya müxalifəti ölkə konstitusiyasının "birgə toplaşmaq azadlığı" haqqında 31-ci maddəsinə diqqət çəkmək məqsədilə hər 31 günlük ayın sonunda kütləvi aksiya keçirir.

"Bir nəfər" hamı üçün, hamı bir nəfər üçün olmalıdır.

Tofiq Əliyev

O.M.