Rusiyanın Blaqoveşensk şəhərinin yarısı dağıldı

Rusiyanın Blaqoveşensk şəhərinin yarısı dağıldı

1 Avqust 2011 12:05
Bəyəndim (0) Bəyənmədim (0)

Ötən gecə Rusiyanın Amur vilayətinin Blaqoveşensk şəhərində qasırğa olub. Qasırğanın davam etdiyi 13 dəqiqə ərzində 1 nəfər ölüb, 36 nəfər xəsarət alıb, demək olar ki, şəhərin yarısı dağılıb. Bu gün Blaqoveşenskdə dağıdıcı qasırğanın nəticələri aradan qaldırılır. Ən son məlumatlara görə, 500-ə yaxın yaşayış evi işıqsız qalıb. Güclü külək ağacları kökündən qoparıb, evlərin damını uçurub. Avtomobillərə ziyan dəyib. Yollarda hərəkət bərpa olunub, lakin fövqəladə vəziyyət rejimi qalmaqdadır.

Təbiətin gətirdiyi fəlakətləri təbii qəbul etmək lazımdır.

Tofiq Əliyev

O.M.