Kəskin isti Sumqayıtda üç nəfərin həyatına son qoydu

Kəskin isti Sumqayıtda üç nəfərin həyatına son qoydu

1 Avqust 2011 11:55
Bəyəndim (0) Bəyənmədim (0)

Havaların isti keçməsi ilə əlaqədar Sumqayıtda bir gündə üç nəfər ölüb. Ötən gün saat 14.00 radələrində Sumqayıt şəhəri ərazisində, 64 yaşlı Zəhra Məmmədova küçənin ortasında ürək tutulmasından dünyasını dəyişib. Daha bir hadisə isə 42-ci məhəllə ərazisində qeydə alınıb. Sumqayıt şəhər sakini, 60 yaşlı Tofiq Abbasov işlədiyi kafenin mətbəxində qəfildən dünyasını dəyişib. Növbəti ölüm faktı isə 13-cü mikrorayon ərazisində baş verib. Təcili Tibbi Yardım Stansiyasının həkimi, 43 yaşlı Asəf Əmirov beyninə qan sızması nəticəsində dünyasını dəyişib. Hər üç hadisənin kəskin istilər nəticəsində baş verdiyi ehtimal olunur.

İstinin gözyaşardıcı tüstüsü.

Tofiq Əliyev

O.M.