Azərbaycan daha bir çempionatın qalibi olub

Azərbaycan daha bir çempionatın qalibi olub

1 Avqust 2011 11:34
779
Bəyəndim (0) Bəyənmədim (0)

Gürcüstanın Batumi şəhərində keçirilmiş "Nə? Harada? Nə vaxt?" intellektual oyununun Cənubi Qafqaz üzrə 13-cü çempionatında Azərbaycan birinci olub. Şaiq Hüseynovun komandası birinci, Nigar Hüseynovanın ikinci, ötənilki qalibimiz Balaş Hüseynovun komandası üçüncü yeri qazanıblar.

Xatırladaq ki, birincilik uğrunda Azərbaycan, Gürcüstan və Ermənistan yığmaları yarışıblar. 52 komandanın iştirak etdiyi bilik yarışının münsiflər heyətinə "Billur bayquş" mükafatı laureatları Aleksandr Druz (Sankt-Peterburq), Aleksandr Rubin, İlya Novikov (hər ikisi Moskva) və Yelena Potanina (Odessa) daxil olub. Qeyd edək ki, indiyədək keçirilmiş 12 çempionatda Azərbaycan 5, Gürcüstan 4, Ermənistan isə 3 dəfə qələbə qazanıb.

Yarış Batumi meriyası və şəhər şurasının, Acarıstan Təhsil, Mədəniyyət və İdman Nazirliyinin dəstəyi ilə keçirilib. Çempionatın baş sponsoru "Caucasus Online" şirkətidir.

Nəyin nə zaman və harada olduğunu hamıdan yaxşı həmyerlilərimiz bilib.

Tofiq Əliyev

O.M.