Arxeoloji ekspedisiyanın naviqasiya aparatı oğurlandı

Arxeoloji ekspedisiyanın naviqasiya aparatı oğurlandı

1 Avqust 2011 10:00
Bəyəndim (0) Bəyənmədim (0)

Füzuli rayonunun Babı kəndində arxeoloji qazıntı aparan Füzuli Arxeoloji Ekspedisiyasının GPS aparatı oğurlanıb. Bu barədə APA-nın Qarabağ bürosuna Füzuli Arxeoloji Ekspedisiyasının rəhbəri, tarix üzrə fəlsəfə doktoru Xəqani Alməmmədov məlumat verib. Onun sözlərinə görə, hadisə iyul ayının 25-də arxeoloji tədqiqat aparan qrupun nahar fasiləsinə çıxdığı vaxt baş verib. Oğrular bir ədəd "GARMİN OREQON 550" markalı GPS naviqasiya aparatını götürərək qaçıblar.

X. Alməmmədov bildirib ki, bu barədə Füzuli rayon Polis şöbəsinə məlumat verilib, oğurluq faktı şöbədə iyulun 28-də qeydiyyata alınıb. Məlumata görə, Qarabağ bölgəsində yerləşən araşdırılmış və araşdırılmaqda olan bütün tarixi abidələr haqda məlumat bazası oğurlanan avadanlıqda yerləşdirilibmiş.

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu faktla bağlı daxili işlər naziri Ramil Usubova müraciət ünvanlayıb.

Mərdiməzarı axtarmaqla deyil, özü səni tapır.

Tofiq Əliyev

O.M.