
Qubada zəncirvarı yol qəzası baş verib
Qubada zəncirvarı yol qəzası qeydə alınıb. Rayon sakini Bəhmənyar Aslanovun idarə etdiyi "Hyundai" markalı mikroavtobus idarəetməni itirərək qarşıda hərəkət edən, Vitalik Aşurovun idarə etdiyi "QAZ-24" markalı avtomobili vurub. Zərbənin gücündən "QAZ-24" həmin yolda hərəkət edən, Bakı şəhər sakini Etibar Məmmədovun idarə etdiyi "Rang Rover" markalı avtomobilə çırpılıb. Nəticədə hər 3 sürücü xəsarət alıb.
Yollar daha da ehtiyatlı olmağı tələb edir. Bir nəfərin cüzi səhvi bir neçə nəfər üçün böyük fəlakətlər törədə bilər.
Tofiq Əliyev
O.M.
Digər xəbərlər