Dağıstanda atışma baş verib

Dağıstanda atışma baş verib

11 Aprel 2011 15:21
Bəyəndim (0) Bəyənmədim (0)

Dağıstanda yenidən qarşıdurma baş verib. Kidero kəndi yaxınlığında hüquq mühafizə orqanları əməkdaşları ilə üç nəfər silahlı şəxs arasında atışma baş verib. Atışmada iki nəfər polis əməkdaşının yaralandığı, ikisinin isə öldürüldüyü bildirilib.

Hal hazırda axtarış əməliyyat tədbirləri davam edir. Əməliyyata xüsusi xidmət orqanlarının da cəlb olunduğu bildirilib.

Qeyd edək ki, bu axşam Kizlyar stansiyasında da terror aktı törədilib, xoşbəxtlikdən ölən və yaralananlar olmayıb.

Kim kimədir. Dağıstanın, bir mahnıda deyildiyi kimi, "bulaq suyu, dağ havası" camaata həddən artıq yaxşı təsir göstərib ki...

Elvin Babayev

O.M.