Yaponiyada əhali köçürülür

Yaponiyada əhali köçürülür

11 Aprel 2011 14:40
1 164
Bəyəndim (0) Bəyənmədim (0)

Yaponiya hökuməti əhalini Fukuşima 1 stansiyasından 20 kilometr uzaqlaşdırmaq haqqında təcili qərar qəbul edib. Bu barədə məlumatı yaponiyalı nazir Yukio Edano "France-Presse" agentliyinə bildirib.

Qərarı şərh edən nazir səbəb kimi son zamanlar stansiya ətrafında yaşayan əhalinin səhhətinin pisləşməsi və radiasiya miqdarının normadan artıq olmasını göstərib.

Sakinlər Fukuşimadan 40 kilometr məsafədə yerləşən əyalətə köçürüləcəklər.

Qeyd edək ki, Yukio Edano bu gün təbii fəlakət mərkəzinə səyahət etmiş və əhalinin problemləri ilə maraqlanmışdı.

O.M.