İran Küveytli diplomatları ölkədən qovub

İran Küveytli diplomatları ölkədən qovub

11 Aprel 2011 12:55
1 056
Bəyəndim (0) Bəyənmədim (0)


İranla Küveyt arasında diplomatik gərginlik yaşanıb. İngilis dilində yayımlanan Press telekanalı İranın üç Küveytli diplomatı ölkədən kənarlaşdırması ilə bağlı qərar qəbul etdiyini açıqlayıb. İranın belə bir qərar qəbul etməsinin səbəbini isə telekanal bir neçə gün əvvəl Küveytin eyni ilə İranlı üç diplomatı ölkədən xaric etməsi ilə əlaqələndirib. Tehran hakimiyyəti diplomatlara ölkəni tərk etmələri üçün 10 gün möhlət verib.

O.M.