Evakuasiya bölgəsi genişlənir

Evakuasiya bölgəsi genişlənir

11 Aprel 2011 13:03
Bəyəndim (0) Bəyənmədim (0)


Yaponiya hökuməti Fukuşima nüvə stansiyasının ətrafındakı 20 km-lik evakuasiya bölgəsinin genişləndirilməsinə qərar verdi. Hökumət sözçüsü Yukio Edano 3 yeni bələdiyyənin tamamilə, 2-nin isə qismən bu bölgəyə daxil edildiyini açıqladı.

Xatırladaq ki, Yaponiyada ən böyük fəlakət nəticəsində ölənlər üçün bu gün yerli vaxtla saat 10.46-da hörmət duruşu edilib. Ölkənin baş naziri Naoto Qan da Yaponiyaya yardım əlini uzadan hər kəsə - bütün dövlətlərə təşəkkürü bildirib.

O.M.