Bu günə hava proqnozu

Bu günə hava proqnozu

11 Aprel 2011 12:51
Bəyəndim (0) Bəyənmədim (0)

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:
Bakıda və Abşeron yarımadasında
Aprelin 11-də
hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.
Havanın temperaturu gecə 7-9 dərəcə isti, gündüz 15-18 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında
Aprelin 11-də
hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 6-11 dərəcə isti, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 0-3 dərəcə isti, gündüz 11-16 dərəcə isti təşkil edəcək.

O.M.