Fransada hicaba qadağa qoyuldu

Fransada hicaba qadağa qoyuldu

11 Aprel 2011 12:12
1 310
Bəyəndim (0) Bəyənmədim (0)

Fransada hicab bu gündən qanunla qadağan olunub. Qadınların üzünü örtən bütün növ geyimlər bu siyahıya daxil edilib. Məlumatı səhər saatlarında Franspress yayıb. Məlumatda o da bildirilir ki, qadın belə geyimlərlə saxlanılarsa, 150 avro cərimə olunacaq. Bu rəqəm azyaşlı uşaqlarda 2 dəfə çoxdur. Qadını hicaba dəvət və ya vadar edən insanı isə, məsələn əri və ya yaxın qohumu 30 min avroluq cərimə gözləyir.

Prezident Nikola Sarkozi qanun layihəsini dəstəkləyib. O, eyni zamanda polislərə zorakı hallardan yayınmağı tapşırıb.

Qeyd edək ki, Fransada 5 milyon müsəlman yaşayır və onlardan təxminən iki mini hicab bağlayır.

O.M.