İran itlərə yox dedi

İran itlərə yox dedi

11 Aprel 2011 11:59
Bəyəndim (0) Bəyənmədim (0)

İranda itlərə qarşı qanun qəbul olunacaq. İran rəsmi saytı "İrna"-nın verdiyi məlumata görə, bu fikri 37 millət vəkili yeni qanun layihəsi ilə irəli sürüb.

Qanun layihəsində küçədə it gəzdirənlərə pul cəzası və həmin itin alınması göstərilib. Hətta it saxlamağın cinayət olduğu bildirilib.

Qanun qüvvəyə mindiyi andan iranlılar itə görə 100-500 dollar arası cərimə verməli olacaqlar. Qeyd edək ki, artıq İranın Səhiyyə Nazirliyinə təhlükəli heyvanların siyahısını çıxarmaq tapşırılıb.

Qeyd edək ki, həmin millət vəkilləri fikirlərini it saxlamağın islam qanunlarına zidd olması ilə izah ediblər.

O.M.