Dünya qısa xəbər xronikasında

Dünya qısa xəbər xronikasında

11 Aprel 2011 11:44
Bəyəndim (0) Bəyənmədim (0)

Franspress, 11 aprel, yerli vaxtla 8:22

Kesennuma, 11 aprel

Bazar ertəsi günü Yaponiyanın şimal-şərqində yerləşən Kesennuma əyalətində zəlzələ və sunamidən həlak olanların xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.


Tokio, 11 aprel

Yaponiya hökumətinin nümayəndəsi bu gün rəsmi açıqlamasında bildirib ki, Fukuşimadakı zavodda radioaktiv maddələrin sızması riski minimuma endirilib.


Lima, 11 aprel

Bazar günü Peruda keçirilmiş prezident seçkilərinin birinci turunda sol qüvvələrin namizədi olan Olyanta Humalanın üstünlük qazandığı məlum olub. Xatırladaq ki, hələ seçki bülletenlərinin 18 faizi yoxlanılıb.


Vaşinqton, 11 aprel

Dünya bankının baş iqtisadçısı Castin Lin cümə günü çıxışında bildirib ki, 2011-ci ildə Şimali Afrika, Yaxın və Orta Şərq ölkələrində iqtisadi inkişaf 2010-a nisbətən xeyli aşağı olacaq. Buna səbəb kimi həmin regionlarda hökm sürən vəziyyət göstərilir.


O.M.