Serbiyada təyyarə qəzaya uğrayıb

Serbiyada təyyarə qəzaya uğrayıb

11 Aprel 2011 11:33
1 043
Bəyəndim (0) Bəyənmədim (0)



Serbiyanın Çaçak kəndinin yaxınlığında "Cesna172" adlı təyyarənin qəzaya uğraması nəticəsində 4 nəfər ölüb. Verilən məlumatlara görə, səmaya qalxandan 25 dəqiqə sonra təyyarə alovlanmağa başlayıb. Mrçayevçi kəndi yaxınlığında yerə düşən təyyarədə pilot ilə bərabər 3 nəfər sərnişin yanaraq ölüblər. Hadisə yerinə gələn polislər qəzanın yaranma səbəblərini axtarırlar. Təyyarədə ölənlərin kimliyi barədə hələlik heç bir məlumat verilməyib.

O.M.