Prezident iqamətgahı partladıldı

Prezident iqamətgahı partladıldı

11 Aprel 2011 09:28
Bəyəndim (0) Bəyənmədim (0)
Eks prezidentin taleyi məlum deyil

Abican, 10 aprel, yerli vaxtla saat 20:53

Reutersin verdiyi məlumata görə, BMT və Fransanın hava qoşunları bazar günü Fil Dişi Sahilində əməliyyat keçiriblər. Vəzifədən getmək istəməyən eks-prezident Loran Qbaqonun iqamətgahını bombalayıblar. Hələlik BMT Baş katibi Pan Qi Mun dünənki hadisə barədə açıqlama verməyib.

Xatırladaq ki, ölkədə noyabr seçkilərində Allasan Uattara rəqibinə qalib gəlsə də, eks prezident nəticələri tanımaqdan imtina etmişdi.

BMT missiyasının mətbuat katibi Hamadun Ture bazar günü axşam saatlarında jurnalistlərə bildirdi ki, biz silah gizlədilən obyektləri müəyyən edib vurduq, əməliyyat keçid dövründədir.

"Biz vəziyyəti sabah araşdıracağıq": - deyə BMT sözçüsü əlavə etdi.


Bundan əvvəl BMT Baş katibi bu ölkədə tüğyan edən vətəndaş müharibəsi barədə demişdi: "Vəziyyət yolverilməzdir. Biz ağır texnikanın dinc əhaliyə və sülhməramlı qüvvələrə qarşı istifadə olunmağının qarşısını almalıyıq".


Qbaqonun nümayəndəsi Aya Don Mello dünən axşam saatlarında telefonla Reuters müxbirinə məlumat verdi ki, prezident sarayının böyük bir hissəsi dağıdılıb, tüstü ətrafı bürüyüb, əməliyyatlar isə davam etdirilir. Lakin o, bu zaman Qbaqonun içəridə olub-olmadığını bildirməkdən imtina etdi.


Maraqlıdır, görəsən, vəzifə candan şirindirmi?..

Natiq Qocaman

O.M.