Azadlıq tələb edənlərin cəzası ölümdür

Azadlıq tələb edənlərin cəzası ölümdür

11 Aprel 2011 09:21
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün səhər saatlarında sünnilərin çoxluq təşkil etdiyi Banyas rayonunda məscidin önünə toplaşan nümayişçilərə sürətli hərəkət edən maşınlardan atəş açılıb. Hadisə şahidlərinin dediklərinə görə, atışmada nümayişçilərdən ən azı 4 nəfər ölüb, 17 nəfər isə ağır yaralanıb. Hadisədən sonra bir müxalif deyib ki, Əsədin bizə göndərdiyi mesaj budur ki, azadlıq tələb edənlərin cəzası ölümdür. Suriyada bu günə qədər baş verən hadisələr nəticəsində 170 nəfərin öldürüldüyü bildirilir.

O.M.