Liviyada müharibə bitirmi?!

Liviyada müharibə bitirmi?!

11 Aprel 2011 09:20
1 042
Bəyəndim (0) Bəyənmədim (0)
Qəddafi sülhə razıdır

Tripoli, 10 aprel, yerli vaxtla saat 22:30 - O.M.


Reutersin verdiyi məlumata görə, A.İ. sədrinin atəşkəs haqda çağırışlarına NATO hələlik bombardmanlarını davam etdirməklə cavab verir. Bazar günü Əcdəbiyada 11 tank, Misratada isə 14 tank sıradan çıxarılıb. İrəliləməkdə olan Qəddafi qüvvələrinin qarşısı qismən alınıb.

Bununla belə 3 saat əvvəl məlum olmuşdur ki, Liviya prezidenti atəşkəsə və böyük sülhə razı olsa da, vəzifədən getmək haqda düşünmür. Üsyançılar isə yeganə şərt kimi diktatorun istefasını irəli sürürlər. Özlərinin dediyi kimi, biz Qəddafinin prezident olmasının 41-ci ilini görmək istəmirik.

Son söz əvəzi: Müharibə əhalinin böyük bir qisminin diktatoru devirmək tələbi ilə başladı. Qəddafi isə vəzifədən getmək istəmədi. Qan töküldü. NATO-nun da əli bu qana bulandı.

İndi hamı sülhdən danışır. Amma hələ də hərə öz mövqeyində qalmaqda davam edir. Qəribədir, çox qəribə...

Natiq Qocaman

O.M.