Qəddafi böyük sülhə razıdır

Qəddafi böyük sülhə razıdır

11 Aprel 2011 08:47
1 103
Bəyəndim (0) Bəyənmədim (0)


Tripoli, 11 aprel - O.M.

Reuters agentliyinin bu gün yaydığı məlumata görə, Muammər Qəddafi Afrika İttifaqının sülh planını qəbul etməyə hazırdır. Lakin üsyançılar yalnız onun vəzifədən gedəcəyi halda atəşkəsə razı olacaqlarını bildirilər.


Afrika İttifaqı nümayəndələrinin başçısı, CAR-ın prezidenti Ceykob Zuma Qəddafi ilə görüşdükdən sonra NATO-ya da müraciət etdi. O, alyansı Liviya dövlət qoşunlarına hava zərbələri endirməməyə çağırdı.

Aİ. Qəddafi ilə görüşlərinin detallarını hələlik açıqlamır. Deməli, diktatorun vəzifədən gedib-getməyəcəyinə razılaşıb-razılaşmadığı hələ məlum deyil


O.M.