Tanınmış jurnalist Mahal İsmayıloğlu vəfat etdi

Tanınmış jurnalist Mahal İsmayıloğlu vəfat etdi

28 Avqust 2015 14:10
Bəyəndim (0) Bəyənmədim (0)

Müasir Azərbaycan jurnalistikasının tanınmış isimlərindən biri olan Mahal İsmayıloğlu vəfat edib. Bu barədə mərhumun qızı Ayan Sadıqlı xəbər verib.

Onun sözlərinə görə, Respublika Xəstəxanasında müalicə olunan Mahal İsmayıloğlunun böyrəkləri bu gün öz funksiyasını itirib və jurnalist saat 13.20-də vəfat edib.

Qeyd edək ki, M.İsmayıloğlu xəstəliyi ilə bağlı Türkiyədə də müalicə kursu keçmişdi. Onun ürəyində də problemlər vardı.

M.İsmayıloğlu jurnalistlik fəaliyyəti dövründə "Aydınlıq", "Xalq qəzeti", "Yeni Müsavat" qəzetlərində çalışıb, köşə yazıları ilə çıxış edib. O, bir müddət "Xalq qəzeti"nin baş redaktoru vəzifəsində də çalışıb.

Allah rəhmət eləsin.

Mediainfo.az