Mənzildən meyit tapıldı

Mənzildən meyit tapıldı

27 Avqust 2015 14:49
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda evdən meyit tapılıb. Fövqəladə Hallar Nazirliyinin saytının məlumatına görə, nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Xətai rayonunda mənzildə bağlı qapı arxasında 1 nəfər köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb edilmiş xilasedicilər 1935-ci il təvəllüdlü Kazakova Anastasiya Vasiliyevnanı mənzildə huşsuz vəziyyətdə aşkar edilib. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində A. Kazakovanın vəfat etdiyi müəyyən olunub.

Mediainfo.az