Xədicə İsmayıl son söz demək üçün vaxt istədi

Xədicə İsmayıl son söz demək üçün vaxt istədi

26 Avqust 2015 15:14
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azadlıq" Radiosunun əməkdaşı, jurnalist Xədicə İsmayılın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Onlar məhkəmədən Xədicə İsmayıl barəsində bəraət verilməsini xahiş ediblər. Son söz olaraq çıxış etmək üçün X.İsmayıla söz verilib. O çıxışa hazırlaşmaq üçün vaxt istəyib. Məhkəmənin növbəti iclası avqustun 31-ə təyin olunub.

Qeyd edək ki, Xədicə İsmayıl Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və israf etmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1(vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə də təqsirləndirilir.

Mediainfo.az