Tərk edilmiş şəhərin ilk "qonaqları"

Tərk edilmiş şəhərin ilk "qonaqları"

10 Aprel 2011 16:22
Bəyəndim (0) Bəyənmədim (0)
Fukuşimadan geriya qalanlar...

Dərhal boşaldılması barədə göstəriş verilən və kimsənin girmədiyi Fukuşima bölgəsinə həftələr sonra ilk dəfə bir qrup jurnalist girdi.

Yapon hökuməti 12 martdan etibarən Fukuşima nüvə stansiyasının 20 kilometr yaxınlığındakı sahənin boşaldılması barədə təlimat vermişdi. Region o tarixdən etibarən tərk edilmiş vəziyyətdə idi və dünyayla heç bir əlaqəsi yox idi. Tetsupo Cumbo adlı bir yapon jurnalistlə bir neçə həmkarı üzərilərindəki radiasiya ölçmə cihazıyla bölgəyə girdi və təxminən bir aydır ki, kimsənin görmədiyi tərk edilmiş şəhəri videoya çəkdi. Cumbo videoda sunami zamanı dağılan evlər, yollar və körpülərin olduğu kimi buraxıldığını, insanlara aid heyvanların isə küçələrdə başıboş bir şəkildə gəzdiyini, radiasiya səviyyəsinin də qanuni sərhədlərindən çox olduğunu söyləyir. 20 kilometrlik sahə içərisində yalnız bir neçə avtomobil görən jurnalistin qarşılaşdığı ağır yük maşınlarının sürücüləri də radiasiyaya dayanıqlı paltar geydikləri və qaz maskası taxdıqları söyləntilər arasındadır. Videodaki alt yazılarda isə stansiyaya yaxınlaşdıqca radiasiya səviyyəsinin sürətlə artdığı və boşaldılması lazım olduğu deyilən 20 kilometrlik bölgəyə girildiyində həyatla bağlı hər hansı bir işarə olmadığı yazılır. Stansiyanın ətrafındakı 17 kilometrlik dairəyə girincə radiasiya cihazı ətrafdakı radiasiyanın saatda 2,5 μSv-nin üzərinə çıxdığını, yəni insan sağlamlığına zərər verəcək ölçülərə çatdığını göstərir. 15 kilometrdə radiasiya səviyyəsi 6,47 μSv-yə çıxır. Zəlzələ zamanı yıxılan bir yol təmir edilmədiyi üçün Cumbo və digər jurnalistlər başqa bir yoldan getmək məcburiyyətində qalıblar. Bölgədə azalıb-artan radiasiya səviyyəsi bir nöqtədən sonra 100 μSv-nin üzərinə çıxır və hər addımda bir neçə vahid artır. Mediaçılar stansiyaya 1,5 kilometrdən daha çox yaxınlaşa bilməyiblər.