16 yaşlı qızı maşınla vurub qaçdı

16 yaşlı qızı maşınla vurub qaçdı

24 Avqust 2015 18:21
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Məlumata görə, hadisə Bakıxanov qəsəbəsi Fətəliyev küçəsi 5-in qarşısında qeydə alınıb. Naməlum avtomobil yolu keçən piyada, 1999-cu il təvəllüdlü Günel Vaqif qızı Mirzəyevanı vurub və hadisə yerindən qaçıb. G. Mirzəyeva xəsarətlə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Hazırda polis yol-nəqliyyat hadisəsini törədən şəxsin müəyyən edilərək tutulması istiqamətində iş aparır.

Mediainfo.az