Zakir Həsənov Türkiyə səfiri ilə görüşüb

Zakir Həsənov Türkiyə səfiri ilə görüşüb

24 Avqust 2015 15:50
Bəyəndim (0) Bəyənmədim (0)

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab İsmayıl Alper Coşkun ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Azərbaycan ilə Türkiyə arasında illik hərbi əməkdaşlıq planına əsasən, iki ölkənin Hərbi Hava Qüvvələrinin iştirakı ilə "TurAz Qartalı - 2015" taktiki təlimlərin keçirilməsinin vacibliyi, o cümlədən bu cür tədbirlərin davamlı olaraq icra edilməsi xüsusi qeyd olunub.
Bundan əlavə, görüşdə hər iki ölkənin Silahlı Qüvvələrinin inkişafı istiqamətində həyata keçirilən əməkdaşlığın perspektivləri, regiondakı hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin bölgə üçün vacibliyi və digər məsələlər müzakirə edilib.
Müdafiə naziri Azərbaycan və Türkiyə Silahlı Qüvvələri nümayəndələrinin qarşılıqlı səfərlərinin təşkilini, birgə təlimlərin keçirilməsinin vacibliyini qeyd edərək hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlığın yüksələn xətt üzrə inkişaf etdiyini və bunun gələcəkdə də davam etdirilməsinin zəruriliyini bildirib.
Səfir Alper Coşkun ölkəsinin Azərbaycana yeni təyin olunan hərbi attaşesi briqada generalı İhsan Başbozkurtu təqdim edib.

Mediainfo.az