Apteklərdə kifli şpris satılır - FOTO

Apteklərdə kifli şpris satılır - FOTO

21 Avqust 2015 12:19
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanda satışda olan şprisin üzərindən kif aşkarlanıb.

BAKU.WS-ə daxil olan şikayətdə bildirilir ki, şprislərin üzərində mənşəyi məlum olmayan maddələr var. İnsan səhhəti üçün təhlükə törədə biləcək şpris saxlanma şəraiti düzgün olmadığı üçün bu vəziyyətə düşüb.

Faktla bağlı Səhiyyə Nazirliyi ilə də əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətinin rəhbəri Liya Bayramova BAKU.WS-ə açıqlamasında bu kimi məlumatların qətiyyən həqiqəti əks etdirmədiyini söyləyib. Nazirlik rəsmisinin fikrincə, bütün şprislər sterildir və birdəfəlik istifadə üçün nəzərdə tutulub, o qaydada da istifadə olunur:

"Nəyin əsasında belə bir mövzunu yayıb, narahatcılığa səbəb olurlar. Heç olmazsa bir nümunə göstərilməsini xahiş edərdik. Bir daha vurğulayırıq ki, belə bir fakt yoxdur və ola da bilməz".

Mediainfo.az