Özünə od vurdu
Bakıda intihara cəhd olub. Səbail Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə bu gün baş verib. Bakı şəhər sakini, 1973-cü il təvəllüdlü Hüseynov Ayaz Fikrət oğlu üzərinə benzin tökərək özünə od vurub. O dərhal hadisə yerində olan şəxslərin köməkliyi ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Səbail rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Mediainfo.az
Digər xəbərlər