Sunami Yaponiyanı bu cür vurdu

Sunami Yaponiyanı bu cür vurdu

10 Aprel 2011 15:49
Bəyəndim (0) Bəyənmədim (0)
Məmurlar səfərbər ediliblər

Yaponiyanın baş naziri Naoto Kan 11 mart tarixində zəlzələdən, sunamidən zərər görmüş "İşinomaki" limanını ziyarət etdi. Açıqlamasında Kan insanlara, "Sizi yalnız buraxmayacağıq. Hökumət sizinlə birlikdə bütün gücü ilə işləyəcək. Bundan başqa, qısa müddətdə yenidən balıqçılar vəzifələrinin başına keçəcəklər. Dənizin qapıları onların üzünə açılacaq", - deyə söylədi.

Bu arada onu da nəzərinizə çatdıraq ki, Yaponiyanın ordusundan verilən açıqlamaya görə, təbii fəlakətdən sonra dağılan sahillərdə insan cəsətlərinin axtarışı davam edəcək. Bunun üçün ordudan 22 min əsgər, 90 təyyarə, 50 gəmi səfərbər edilib.