Ağdaşda intihara cəhd

Ağdaşda intihara cəhd

19 Avqust 2015 15:55
Bəyəndim (0) Bəyənmədim (0)

Ağdaş rayonunda intihara cəhd hadisəsi qeydə alınıb. Apa-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün rayonun Yenicə kəndində qeydə alınıb. Kənd sakini, 1980-ci təvəllüdlü Qurban Mirzəquliyev özünə məxsus ov tüfəngi ilə sinəsinə atəş açaraq özünü yaralayıb.

Ürək nahiyəsindən güllə yarası alan Qurban Mirzəquliyev təcili olaraq Ağdaş Mərkəzi Rayon Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib. Hazırda onun vəziyyəti orta-ağırdır. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil. Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Mediainfo.az