Sabaha olan hava proqnozu

Sabaha olan hava proqnozu

19 Avqust 2015 14:19
Bəyəndim (0) Bəyənmədim (0)

Avqustun 20-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi, axşam buludluluğun artacağı gözlənilir. Mülayim şimal-qərb küləyi axşama doğru arabir güclənəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah havanın temperaturu gecə 23-26 dərəcə, gündüz 30-35 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, lakin axşama doğru şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 20-25, gündüz 32-37 dərəcə, dağlıq rayonlarda gecə 15-20, gündüz 26-31 dərəcə isti olacaq.

Mediainfo.az