Goranboyda ağır qəza: 1 ölü, 2 yaralı

Goranboyda ağır qəza: 1 ölü, 2 yaralı

19 Avqust 2015 14:15
Bəyəndim (0) Bəyənmədim (0)

Avqustun 18-də saat 22 radələrində Goranboy rayonunda ağır yol qəzası baş verib. Daxili İşlər Nazirliyinin saytı xəbər verir ki, Səfikürd kəndində rayon sakinləri Bəxtiyar Ələsgərovun idarə etdiyi "HOVO" və Sarif Məmmədovun idarə etdiyi "Nissan" markalı avtomobillər toqquşub. Nəticədə S.Məmmədov hadisə yerində ölüb, 2 sərnişini xəstəxanaya yerləşdirilib.

Goranboy RPŞ tərəfindən araşdırma aparılır.

Mediainfo.az