Rəsulzadə qəsəbəsinin 17 yaşlı sakini itkin düşüb

Rəsulzadə qəsəbəsinin 17 yaşlı sakini itkin düşüb

19 Avqust 2015 12:10
Bəyəndim (0) Bəyənmədim (0)

M.Ə.Rəsulzadə qəsəbəsində yaşayan 1998-ci il təvəllüdlü Aytən Ceyhun qızı Abdullayeva naməlum səbəbdən yoxa çıxıb. Aytən Abdullayeva avqustun 15-də, saat 22.00-da evdən çıxıb və bir daha geri qayıtmayıb. 17 yaşlı qızın itkin düşməsi ilə bağlı valideynləri Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis bölməsinə müraciət ediblər. Hazırda 17 yaşlı qızın tapılaraq evinə qaytarılması üçün tədbirlər görülür.

Mediainfo.az