Qərb Liviyanı 2 dövlətə parçalayacaq

Qərb Liviyanı 2 dövlətə parçalayacaq

10 Aprel 2011 14:55
1 409
Bəyəndim (0) Bəyənmədim (0)
"Yaxşı müsəlman ölü müsəlmandır"

Tripoli, 10 aprel - O.M.

Associated Press xəbər agentliyinə daxil olan məlumatda bildirilir ki, bu gün sübh çağlarında Liviya hökumət qüvvələri ABŞ-a məxsus və müxalifətçilər tərəfindən istifadə olunan 2 ədəd vertolyotu vurublar.

Dövlət rəsmisi Haled Kaim beynəlxalq ictimaiyyəti ikili standartlar aparmaqda ittiham etdi. Belə ki, vertolyotlar müxalif qüvvələrin emblemləri ilə bəzədilsə də, üzərində Amerika silahlı qüvvələrinə aid olduğunu sübut edən çoxsaylı yazılar var. O, həmçinin üsyançıları BMT Təhlükəsizlik Şurasının 1973-cü il qərarını pozmaqda və NATO üzvlərini buna göz yummaqda ittiham etdi. Həmin qərara əsasən Liviya səmasında qadağan olunmuş zonalar mövcuddur.

Dövlət rəsmisi həmçinin əlavə etdi: "Bizim koalisiya qüvvələrinə sualımız var. "Bu qərar Liviya hökuməti üçün çıxarılmışdı, yoxsa bütün Liviya üçün?""

NATO qüvvələri isə əməliyyatları davam etdirməkdədir. Şənbə günü hava zərbələri nəticəsində Qəddafi güclərinin daha 17 tankı sıradan çıxarılıb.

Müəllifdən: Artıq Liviya üsyançıları da maraqlı bir fikir səsləndirməyə başlayıblar: "Qərbin məqsədi diktatoru devirmək və demokratiyanı bərqərar etmək deyil, ölkəni 2 yerə parçalamaqla neft olan hissəni nəzarət altına almaqdır." Atalar demişkən, qırılan qoşundandır. Bilmirəm, Qərbdəki atalar da bu sözü deyib, ya yox, ancaq onların belə bir el məsəlini eşitmişəm: "Yaxşı müsəlman ölü müsəlmandır".

Natiq Qocaman

O.M.