Rüşvətxor generala beş il həbs verildi

Rüşvətxor generala beş il həbs verildi

14 Avqust 2015 15:17
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya Quru Qoşunlarının keçmiş komandanı general-polkovnik Vladimir Çirkin məhkəmdə ona qarşı irəli sürülən ittihamları qəbul edib.

Rusiya mətbuatı xəbər verir ki, o 2008-ci ildə vəzifədə olduğu zaman 20 min dollar rüşvət aldığını etiraf edib.

Prokuror onun 7,5 il azadlıqdan məhrum olunmasını istəsədə Moskva Qarnizonu Hərbi Məhkəməsi generala rütbəsi əlindən alınmaqla 5 il müddətinə azadlıqdan məhrum edib.

Mediainfo.az