Sürücü qəzada öldü

Sürücü qəzada öldü

13 Avqust 2015 16:44
Bəyəndim (0) Bəyənmədim (0)

Ağcabədi rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Rəncbərlər kəndində qeydə alınıb.

Məlumata görə, rayon sakini Elbəy Səlimov idarə etdiyi "Mercedes" markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə sürücü xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Mediainfo.az