Oğurluq etdiyi  günün səhəri qəzada öldü

Oğurluq etdiyi günün səhəri qəzada öldü

13 Avqust 2015 14:15
Bəyəndim (0) Bəyənmədim (0)

Avqustun 2-də Sumqayıtda avtomobil təmiri sexindən oğurluq olub. DİN mətbuat xidməti xəbər verir ki, Azər Paşayevə məxsus sexdən noutbuk və ehtiyyat hissələri oğurlanıb.

Hadisənin şəhər sakinləri Vüsal Həsənli və Vəfadar Ələkbərov tərəfindən törədilməsi müəyyən edilib.

V.Həsənli tutulub, V.Ələkbərovun isə avqustun 3-də yol qəzasında öldüyü bəlli olub.

Qeyd edək ki, həmin qəza Sumqayıt şəhərinin Sülh küçəsində baş vermişdi. Qəza nəticəsində sərnişinlərdən Ələkbərov Vəfadar Abuzər oğlu yerindəcə dünyasını dəyişmiş, 3 nəfər isə ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilmişdi.

Mediainfo.az