Avropa parlamenti deputatının evində Quran yandırıldı

Avropa parlamenti deputatının evində Quran yandırıldı

10 Aprel 2011 13:10
Bəyəndim (0) Bəyənmədim (0)
O, artıq həbsdədir

London, 09 aprel, saat 20:41 - O.M.

Britaniya Milli Partiyasının (qeyd: ingiliscə qısaca, BNP) rəhbəri Nik Qriffin onun bağ evində Quran kitabının yandırılmasını əks etdirən foto şəkillərin və video kadrların saxta olduğunu iddia edir Bu barədə səhər saatlarında yerli The Gurdian qəzeti məlumat verib. Xəbərdə o da bildirilir ki, hadisədən sonra Qriffin Uels polisi tərəfindən həbsə alınıb. Hökumət isə dərhal bu aksiyanı pisləyən bəyanat yayıb: "Biz Quranın yandırılmasını qınayırıq. Bu, bizim plüralist və tolerant cəmiyyətimizin dəyərlərinə bilərəkdən təşkil olunmuş zərbədir. Hökumət həmçinin cəmiyyətdə parçalanmaya, vətəndaşlarda qorxu yarada biləcək dini, irqi, sosial ayrıseçkiliyə qəti qarşıdır."



Qeyd edək ki, Quranı Kərimi BNP-nin seçkilərdə ən öndə gedən namizədlərindən biri, 40 yaşlı Sion Uens yandırmışdı. O, müqəddəs kitabı kerosinə salaraq odlamışdı.



Polis əməkdaşları hadisəni əks etdirən video və foto görüntüləri əldə edən kimi onu da həbsə aldılar.



Bu hadisədən sonra parlamentə BNP-dən olan 338 namizədin reytinqinin kəskin surətdə düşdüyü bildirilir.


Xatırladaq ki, BNP Britaniyanın sağ radikal siyasi partiyasıdır. 4 iyun 2009-cu il Avropa

parlamentinə seçkilər zamanı BNP-dən 2 namizəd deputat seçilib. Onlardan biri partiya başçısı

Nik Qriffindir.



Müəllifdən: Quranı yandırmaq onu məhv etmək deyil. Əksinə, yanıb-tökülməyin və

axirətdə yanmağın bir nişanəsidir.


Natiq Qocaman


O.M.