Jurnalisti döyənlərin həbsinə start verildi!

Jurnalisti döyənlərin həbsinə start verildi!

9 Avqust 2015 20:28
Bəyəndim (0) Bəyənmədim (0)
Futbolçunun idmançı bibisi oğlu tutuldu

Qəbələ"nin futbolçusu Cavid Hüseynovu Facebook sosial şəbəkəsində təhqir etdiyinə görə döyülən və bu gün səhərə yaxın xəstəxanada dünyasını dəyişən jurnalist Rasim Əliyevin ölümü ilə bağlı həbslər başlayıb.

Bakı Şəhər Baş Polis İdarəsindən "Qafqazinfo"ya verilən məlumata görə, prosesdə əsas iştirakçı kimi adı keçən futbolçunun bibisioğlu artıq hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Musavat.com-un əldə etdiyi məlumata görə, "Qəbələ"nin sabiq kapitanının həbs edilən yaxın qohumunun (bibisioğlu) ad-soyadı Elşən ismayılovdur. O da peşəkar idmançıdır, AZAL komandasının əvəzedici heyətində müdafiəçi mövqeyində oynayıb. E.İsmayılovun 21 yaşı var. O, 1994-cü il iyun ayının 21-də anadan olub.

Digər şəxslərin isə yeri müəyyənləşdirilib və yaxın saatlarda onların da saxlanılması istiqamətində tədbirlər görüləcək.

Bu barədə ictimaiyyətə geniş açıqlama veriləcək.

Mediainfo.az