Düz bağırsağından narkotik tapıldı

Düz bağırsağından narkotik tapıldı

7 Avqust 2015 15:11
Bəyəndim (0) Bəyənmədim (0)

İrandan Azərbaycana narkotik qaçaqmalçılığının qarşısı alınıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada yolla gələn Azərbaycan vətəndaşı Səxavət Əhmədovun üzərində şəxsi yoxlama zamanı onun daxili orqanından (düz bağırsağından) 4 ədəd bükümdə, ümumi xalis çəkisi 41,050 qram olan narkotik vasitə - tiryək aşkar olunub.

İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada yolla gələn digər Azərbaycan vətəndaşı Aqşin Şahbazlının üzərində şəxsi yoxlama zamanı isə onun daxili orqanından (düz bağırsağından) 2 ədəd bükümdə, ümumi xalis çəkisi 21,275 qram olan narkotik vasitə - heroin və xalis çəkisi 4,028 qram olan psixotrop maddə - metamfetamin aşkar edilib.

Hər iki faktla bağlı təhqiqat aparılır.

Mediainfo.az