Külli miqdarda narkotik götürülüb

Külli miqdarda narkotik götürülüb

5 Avqust 2015 16:47
Bəyəndim (0) Bəyənmədim (0)

Salyan rayonunda Tərtər sakinindən külli miqdarda narkotik vasitə aşkarlanıb. Salyan rayon Polis Şöbəsindən verilən məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Tərtər şəhər sakini, əvvəllər məhkum olunmuş 1969-cu il təvəllüdlü Ədalət İsmayıl oğlu Məmmədovdan 6 kiloqram 160 qram marixuana və 348 qrama qədər tiryək götürülüb.

Faktla bağlı araşdırma aparılır.
Mediainfo.az